Türkiyə Superliqasına vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçı keçirilib.

Həlledici görüşdə “Sakaryaspor” və “Bodrumspor” qarşılaşıb. Hesab 19-cu dəqiqədə açılıb. Müdafiəçinin kobud səhvindən istifadə edən Gokdeniz Bayrakdar Bodrum təmsilçisini irəli çıxarıb. “Sakaryaspor” fasilə ərəfəsində daha bir zərbə alıb. Qırmızı vərəqə cəzalandırılan Rayko Rotman komandasını çətin vəziyyətdə qoyub. Azlıqda oynamalarına baxamayaraq Sakarya futbolçuları görüşün 71-ci dəqiqəsində bərabərliyi təmin ediblər. Zdravko Dimitrov baxımlı qol vurub – 1:1. Gorüşün əsas vaxtı bu hesabla yekunlaşıb. Əlavə olunan ilk 15 dəqiqənin əvvəlində Ondrjey Çelustka başla dəqiqə oynayaraq “Bodrumspor” azarkeşlərini coşdurub. 103-cü dəqiqədə isə Tunahan Akpinar yekun hesabı müəyyənləşdirib.  3-1 hesabı ilə qalib gələn “Bodrumspor” tarixində ilk dəfə Superliqada çıxış etmək hüququ qazanıb.